“Macarıstan Rusiya-ABŞ sammitinə hazırdır” – Siyarto

image-peter_siyartobackend

“Macarıstan Budapeştdə Ukrayna üzrə Rusiya-Amerika sammitinə ev sahibliyi etməyə hazırdır və Moskva və Vaşinqton razılaşan kimi onu qəbul edə biləcək”.

Busaat.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto Bruney Darüssəlamdan olan həmkarı Erivan Yusof ilə görüşdən sonra mətbuat konfransında bildirib.

Siyarto iki lider arasında danışıqların təşkili ilə bağlı sualı cavablandırarkən deyib:

“Biz hazırıq. Amerikalılar və ruslar tarix təyin edən kimi biz onları burada böyük hörmət və sevinclə qarşılayacağıq.

Macarıstanın sülhsevər xarici siyasətinə dünyanın bütün regionlarında hörmətlə yanaşılacağına əminik. Həm Şərqdə, həm də Qərbdə onlar Macarıstanın sülhsevər ölkə olduğunu aydın görür və Budapeştdə belə bir sülh sammitinin təşkilini məqsədəuyğun hesab edirlər”.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki