Maduro Venesuelanın hər qarışını qoruyacağına SÖZ VERDİ

image-81backend

Venesuela prezidenti Nikolas Maduro ölkəsinin ərazisinin hər qarışını müdafiə etməyə hazır olduğunu bəyan edib.

Busaat.az xəbər verir ki, Britaniyanın “The İndependent” qəzetinin yazdığına görə, o, bu barədə Karakasda keçirilən “Azadedici Simon Bolivarın Bayraq və Qılıncının Marşı” yürüşü zamanı bildirib.

Simon Bolivarın qılıncını əlində tutan siyasətçi qeyd edib: “Biz bu mübarək torpağın hər qarışını istənilən imperialist təhdid və ya təcavüzdən müdafiə etməyə hazır olmalıyıq, haradan gəlirsə.

Qəzet vurğulayıb ki, ABŞ Karib hövzəsində artan hərbi kontingentini 2028-ci ilin noyabrına qədər saxlamaq niyyətindədir.

Noyabrın 23-də ABŞ-ın yaxın günlərdə Venesuelaya qarşı əməliyyatların yeni mərhələsinə keçməyə hazırlaşdığı açıqlanıb. Amerika rəsmilərinin fikrincə, məxfi əməliyyatlar Venesuela prezidenti Nikolas Maduroya qarşı yeni tədbirlərin ilk hissəsi olacaq. Digər məsələlərlə yanaşı, onu devirməyə cəhd ehtimalı da nəzərdən keçirilirdi.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki