Magistraturaya qəbulun nəticələri açıqlandı

Magistraturaya qəbulun nəticələri açıqlandıbackend

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) Busaat.az-a verilən məlumata görə, imtahanın nəticələri yaxın vaxtlarda DİM-in saytına da yerləşdiriləcək.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11 380 bakalavrdan 8 324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3 069 nəfəri dövlət sifarişi, 5 255 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 5 229 nəfəri ali təhsil müəssisələrinin cari, 3 095 nəfəri isə əvvəlki illərin məzunudur.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2020-ci il iyulun 6-dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə qəbulun vaxtı elan olunacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90