Mahir Emreli “Legiya”ya qələbə qazandırdı

image-mahirpolsabackend

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın heyətində növbəti qollarını vurub.

Busaat.az xəbər verir ki, 24 yaşlı hücumçu “Yagelloniya” ilə yoxlama oyununda dubl edib. Emreli 11-ci və 22-ci dəqiqələrdə fərqlənib.

Nəticədə Mahirin komandası qarşılaşmanı qalib başa vurub – 2:0.

Qeyd edək ki, Mahir Emreli daha əvvəl Avstriya “Bişofshofen”ini 5:0 yendikləri matçda het-trikə imza atıb. Forvard Rusiya “Krasnodar”ı ilə bərabərə qaldıqları görüşdə komandasının yeganə qolunun müəllifi olub – 1:1.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90