Makqreqor portretini azərbaycanlı rəssama sifariş verdi – FOTO

Makqreqor portretini azərbaycanlı rəssama sifariş verdi – FOTObackend

Azərbaycanlı rəssam, UNESCO-nun Rəssamlar Birliyinin fəxri üzvü Nizar Məmmədov qarışıq döyüşlər üzrə dünyaca məşhur irlandiyalı idmançı Konor Makqreqorun portretinin çəkilməsi sifarişini yerinə yetirib.

Busaat.az  bu barədə rəssamın Instagram səhifəsinə istinadla məlumat verir.

İdmançı rəssama onun portretini çəkməsini sifariş edib. Məmmədovun əl işi təkcə döyüşçünün pərəstişkarlarının deyil, Makqreqorun özünün də ürəyincə olub. Portret tezliklə idmançıya təhvil veriləcək.

Nizar Məmmədov dünyaca məşhur azərbaycanlı rəssam Sakit Məmmədovun oğludur. O, 2004-2008-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Əsərləri bir çox xarici ölklərdə sərgidə nümayiş etdirilib. Nizar Məmmədov dəfələrlə Avropada iri art-festivallarda iştirak edib.

Konor Makqrqeor boksda və qarışıq döyüş növlərində çıxış etmiş irlandiyalı idmançıdır. O, UFC-də yüngül çəki dərəcəsində çıxış edirdi. Bir müddət öncə professional karyerasını başa vurduğunu açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90