Makronun açıqlamalarından sonra müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi – FOTO

Makronun açıqlamalarından sonra müsəlman ölkələri Fransa məhsullarına boykot elan etdi – FOTObackend

Fransa Prezidenti Emmanuel Makronun İslamla bağlı açıqlamalarından sonra Qətərdə və Küveytdə fransız mallarına boykot elan edilib.

Bu barədə RT xəbər yayıb.

Qətərdə fransız pendirləri dövlət paylama şəbəkəsinin rəflərindən çıxarılıb, bunun əvəzinə artıq yerli məhsul nümayiş olunur.

Hətta fransız restoranı “Le Train Bleu” belə fransız məhsullarından imtina edib.

Bundan başqa, İordaniyada fransız istehsalçıların məhsullarını almamaq üçün çağırışlar səsləndirilib.

Xatırladaq ki, oktyabrın 24-də Fransa prezidenti Emmanuel Makronun Məhəmməd peyğəmbərin karikaturalarını yayımlamaq barədə vədlərindən sonra Yaxın Şərqdə Fransa məhsullarına boykot çağırışları artıb.

Karikaturanın yayımlanması Türkiyə, İran, İordaniya və Küveyt kimi ölkələr tərəfindən qınanıb. Bundan başqa, müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Fransanın müsəlman ölkələri ilə münasibətlərinə zərər verə biləcək açıqlamalara təəssüflərini bildiriblər.

Oxu.az

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90