Makronun Liderlər Sammitində “COVID-19”a yoluxduğu ehtimal edilir

Makronun Liderlər Sammitində “COVID-19”a yoluxduğu ehtimal edilirbackend

Fransa Prezidenti Emmanuel Makronun koronavirusa keçən həftə Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) Liderlər Sammitində yoluxduğu iddia edilib.

Busaat.az xəbər verir ki, Fransanın səhiyyə naziri Olivier Veran “France 5” kanalına açıqlamasında Prezidentin Yelisey Sarayında təşkil edilən yeməkdə yoluxmadığını söyləyib.

Veran ehtimal edir ki, Makron 10-11 dekabr tarixlərində iştirak etdiyi Liderlər Sammitində “COVID-19”a yoluxub. Nazir Makronun sammit zamanı nahar üçün böyük bir salona getdiyini bildirib.

Fransanın “Mediapart” portalı isə Makronun tez-tez karantin qaydalarını pozduğunu bildirib. Belə ki, Makronun Baş nazir Jan Kasteks və Milli Məclisdəki siyasi partiyaların millət vəkilləri ilə Yelisey Sarayında görüşdüyü yeməkdə 10 nəfərin olduğu qeyd edilib.

Məqalədə Prezidentin qaydanı pozaraq 6 nəfərdən artıq insanla bir araya gəldiyi vurğulanıb.

Yelisey Sarayı tərəfindən verilən məlumata görə, Makron əvvəlcə xəstələnib, simptomlar göründükdən sonra test vermək qərarına gəlib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90