Maldini koronavirusdan sağaldıbackend

Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi, “Milan” klubunun texniki direktoru Paolo Maldini koronavirusa qalib gəlib.

Busaat.az italiya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçudan götürülən son testin nəticəsi neqativ çıxıb.

Qeyd edək ki, Maldini ilə yanaşı, onun 18 yaşlı oğlu, “Milan”da çıxış edən Daniel də koronavirusa yoluxmuşdu. Amma kiçik Maldininin koronavirusdan sağaldığı hələ bir neçə gün öncədən bəlli idi.

Paolo və Daniel Maldinidə koronavirus aşkarlandığı martın 21-də açıqlanmışdı.