Maldini və oğlu koronavirusa yoluxdubackend

İtaliya futbolunun canlı əfsanəsi, hazırda “Milan”ın texniki direktoru vəzifəsində çalışan Paolo Maldini və komandada çıxış edən oğlu Deniel Maldini koronavirusa yoluxublar.

Busaat.az xəbər verir ki, klub ata və oğulun testlərinin müsbət çıxdığını açıqlayıb.

Qeyd edək ki, 51 yaşlı veteran futbolçu 2018-ci ildən “Milan”da funksioner kimi çalışır. Onun 18 yaşlı oğlu bu mövsüm “qırmızı-qaralar”la peşəkar müqavilə imzalayıb.