Mario Draqi İtaliyanın yeni Baş naziri oldu

image-draqi545backend

Avropa Mərkəzi Bankının (AMB) keçmiş rəhbəri Mario Draqi İtaliyanın yeni hökumətini formalaşdırıb.

Busaat.az  xəbər verir ki, Baş nazir Nazirlər Kabinetinin tərkibini ölkə Prezidenti Sercio Mattarellaya təqdim edib.

Luici Di Mayo və Luçana Lamorceze müvafiq olaraq XİN və DİN rəhbərləri postlarını qoruyub saxlayıblar.

Müdafiə naziri vəzifəsini yenidən Lorenzo Guerini tutacaq. Roberto Speranza əvvəlki kimi Səhiyyə Nazirliyinə, Dario Françeskini isə Mədəniyyət Nazirliyinə rəhbərlik edəcək.

Ədliyyə Nazirliyinin rəhbəri Konstitusiya Məhkəməsinin sabiq sədri Marta Kartabiya olacaq.

İtaliya Mərkəzi Bankının (Bankitalia) baş direktoru Daniele Franko İtaliyanın iqtisadiyyat və maliyyə naziri vəzifəsini tutacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90