
Mariya Şarapova Bakıya gəlir
Məşhur tennisçi və iş adamı Mariya Şarapova Bakıda keçiriləcək “INMerge” İnnovasiya Sammitində iştirak edəcək.
Sammit noyabrın 30-dan dekabrın 1-dək Bakı Konqres Mərkəzində keçiriləcək.
Xatırladaq ki, Mariya Şarapova karyerası ərzində beş dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olub. Beynəlxalq turnirlərdə Rusiyanı təmsil edən tennisçi WTA turnirlərinin 34 qat qalibi, 2012-ci il Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. İdmançı 21 həftə ərzində dünya reytinqinin birinci pilləsində qərarlaşıb
O, 2025-ci ildə “International Tennis Hall of Fame”ə daxil edilib. İdman karyerasını başa vurduqdan sonra sahibkarlıq və investisiya fəaliyyəti ilə məşğul olan Şarapova “Moncler” şirkətinin direktorlar şurasının üzvüdür. O, həmçinin “The New York Times”ın bestseller siyahısına daxil edilmiş kitabın müəllifidir.// Trend






















