Martda ictimai nəqliyyatda gediş haqqının 10 qəpik bahalaşması ilə bağlı AÇIQLAMAbackend

Martda ictimai nəqliyyatda gediş haqqının 10 qəpik bahalaşması ilə bağlı VACİB AÇIQLAMA

Xəbər verdiyimiz kimi bir neçə gün öncə Tarif Şurasının qərarı ilə Aİ-92 və dizelin qiyməti qaldırıldı. Düzdür, bu qiymət artımından sonra ictimai nəqliyyatda gediş haqqı qaldırılmasa da bunun müvəqqəti olması ilə bağlı fikirlər var. Belə ki, bu gün bəzi iqtisadi ekspertlər mart ayından bahalaşmanın olması ilə bağlı fikirlər səsləndirirlər. Bu bahalaşmanın ictmai nəqliyyata da təsir edəcəyi ilə bağlı iddialar da var. Belə ki, mart ayından metroda və avtobuslarda gediş haqqının 10 qəpik bahalaşaraq 40 qəpik olacağı söylənilir. Mart ayında ictimai nəqliyyatda gediş haqqı 10 qəpik bahalaşa bilərmi?

Busaat.az xəbər verir ki, Sonxeber.az-ın bununla bağlı sualını cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu barədə proqnoz vermək çətindir:

“Çünki ictimai qurumların açıqlamaları bir-birini izləmir, bu gün dedikləri sabah söylədikləri ilə üst-üstə düşmür. Bu baxımdan da proqnozlaşdırmaq çətindir. Amma bugünkü şərtlər daxilində metroda və avtobuslarda gediş haqqında qiymət artımını gözləmirəm. Müəyyən sosial parametrlər və pandemiyanın əhalinin gəlirlərinə vurduğu zərər nəzərə alınaraq, hökumət bu istiqamətdə qərar qəbul etməyəcək. Amma yanacağın qiymətinin artırılması ilə bağlı qəbul edilən qərar həm də onu göstərir ki, çox da buna inanmaq olmaz. Bu baxımdan konkret fikir səsləndirməkdən çəkinirəm. Çünki faktiki olaraq edib-etməyəcəyi ilə bağlı ciddi sübutlar yoxdur. Bu güvəni bizdə yarada biləcək qurumlar və açıqlamaları yoxdur. Komunikasiya düzgün qurulmur.

Ekspert qey edib ki, Bakı Nəqliyyat Agentliyinin açıqlamalarında və Tarif Şurasının verdiyi qərardan belə başa düşmək olur ki, hələlik bu istiqamətdə artım gözlənilmir:

“Çünki benzinin və dizelin qalxmasına görə ictmai nəqliyyata dəyən zərrər kompensasiya edilcək açıqlaması avtobuslarda yaxın aylarda qiymət artımının olmayacaq ehtimalını yaradır. Tarif Şurasının yanacağın qiymətinin artırılması ilə bağlı verdiyi qərar bu sahəyə təsir etməyib. Ona görə də mart ayında ictimai nəqliyyatda artımın olacağına inanmıram”.