Martirosyan: “Qarabağdakı şiddətli döyüşlərdə inanılmaz sayda erməni gənci həlak olub”

Martirosyan: “Qarabağdakı şiddətli döyüşlərdə inanılmaz sayda erməni gənci həlak olub”backend

Qondarma rejimin arxiyepiskopu Parqev Martirosyan da Rusiyaya yalvarmağa başladı.

Busaat.az erməni mediasına istinadən xəbər verir ki, erməni arxiyepiskop Rusiya rəhbərliyinə ünvanlanan müraviətində deyib:

“Rusiya 90-cı illərdə və 2016-cı ildə olduğu kimi bu gün də Qarabağdakı hərbi əməliyyatları dayandıra bilər. Buna çox ümid edirəm.

O vurğulayıb ki, ATƏT-in Minsk Qrupuna sədrlik edən Rusiya, Fransa və ABŞ rəhbərləri həlledici söz deməli və yeni bir erməni soyqırımına cəhdi dayandırmalıdır:

“Artıq bir aydır ki, Qarabağda şiddətli müharibə gedir, Türkiyə müharibəyə var gücü ilə qatılıb və Azərbaycanı dəstəkləyir. Nəticədə inanılmaz sayda erməni gənci həlak olub. Əsl soyqırımdır”.

Konkret.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90