Masallıda sürücülərə tibbi spirt, maska və əlcək paylandı – Foto

Masallıda sürücülərə tibbi spirt, maska və əlcək paylandı – Fotobackend

Masallı Rayon Polis Şöbəsi tərəfindən yeni növ koronavirus infeksiyasının yayılmasına qarşı maraqlı aksiya təşkil olunub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, tədbir çərçivəsində Masallı Rayon Polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən sürücülərə və həmin avtomobildə olan sərnişinlərə tibbi spirt, maska və əlcəklər paylanıb.

Həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti çadırılıb, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyi xatırlanıb.

Aksiya çərçivəsində ümumilikdə 200-dən artıq sürücüyə tibbi spirt, maska və əlcək paylanıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90