“McDonald’s Azərbaycan”dan karantində olanlara jest – Fotolar

“McDonald’s Azərbaycan”dan karantində olanlara jest – Fotolarbackend

“McDonald’s Azərbaycan” şirkəti karantində olanlara jest edib.

Busaat.az-ın məlumatına görə, minlərlə insan şirkətdən öz dəstək payını alır.

Yaşadığımız günlərdə bir-birinə dəstək olmaq ən  vacib hallardan biridir.  Şəhərimiz üzrə bir çox yerlərdə karantində olan insanlara öz dəstəyini göstərənlərdən biri də “McDonald’s Azərbaycan” şirkətidir. Əldə etdiyimiz məlumata görə, şirkət karantində olan insanların yerləşdirilməsi üçün ayrılmış obyektlərə pulsuz yemək komplektlərini təqdim edir. Hədiyyə dolu  paketlərin içində çoxlarının sevdiyi McDonald’s yeməklərini tapmaq olar – burgerlər, frenç frayz və s. Şirkət gecə-gündüz dayanmadan çalışan tibb işçilərini və FHN əməkdaşlarını da unutmayıb və onlara da hədiyyə paketlərini yollayıb.

Bu cür dəstəyin rolu təkcə pulsuz yeməkdə deyil.

İnsanlara diqqətin göstərilməsi onların əhval-ruhiyyəsini yüksəldir, tək olmadıqlarını bildirir. Bu günədək artıq minlərlə insan McDonald’s-ın bu dəstəyindən öz payını alıb. Şirkətdən aldığımız məlumata görə, bu, hələ başlanğıcdır və pulsuz yemək komplektləri hələ bir çox insana çatdırılacaq.

Bir-birimizin əlindən tutaraq hamımız üçün sınaq olan bu dövrü uğurla keçəcəyimizə inanırıq.




Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90