“McDonalds” önünüdə dayanan Hüseyn kimdir? – FOTO

“McDonalds” önünüdə dayanan Hüseyn kimdir? – FOTObackend

“McDonalds” önünüdə dayanan Hüseyn kimdir?

Xəbər verdiyimiz kimi Azərbaycanda fəaliyyət göstərən transmilli fast-food şirkətlər – “McDonald’s”, “KingBurger” və “Papa John’s ermənilərin təzyiqlərindən sonra sosial şəbəkə hesablarında Azərbaycana dəstək postlarını siliblər.

Bu hal vətəndaşlarımızda ciddi narazılığa səbəb olub. Bəziləri “boykot” həştəqləri ilə bu şirkətlərə məxsus məhsulları almaqdan imtinaya səsləyiblər. Bir sıra şəxslər isə həmin restoranların qarşısına gedərək, restoranlara daxil olan şəxsləri baş verənlər barədə məlumatlandıraraq, onları həmin restoranların məhsullarından imtinaya çağırıb.

Busaat.az Metbuat.az-a istinadən xəbər verir ki, belə şəxslərdən biri də bu gün Fəvvarələr meydanındakı “McDonald’s”ın qarşısında dayanaraq insanları bu restoranı boykot etmələri üçün maarifləndirən Hüseyn Həsənovdur. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimidir. Özü bildirir ki, qarşısına qoyduğu hədəfə qismən nail ola bilib: “Restorana gələnləri baş verənlərlə bağlı məlumatlandırıram. Hər 10 müştərindən 7-i geri qayıdır. Təzyiq göstərmirəm. Göstərə bilmərəm. Qanun çərçivəsində fəaliyyət göstərirəm”.

6ca5228ec61b2a2f9e7012434afeb91c

ee03c2054978270a931e1e64ddb8c189

0f7ef44418fa5d9ce83269026a85750d

7bd1c7296b6e0d4f74f4b23428ca46ae

Qeyd edək ki, Hüseyn Həsənovla yanaşı digər vətəndaşlarımız anoloji addımı ataraq, retoranlar qarşısında vətəndaşları baş verənlər barədə məlumatlandırıb.

037008ee5f9d3b67f16643f8c4cff0d4

976c9d4b254372a6a37d9189963700c8

57fff0a211c479e0be9f0f339358be65


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki