Mədəniyyət Nazirliyi Vətən müharibəsindən bəhs edən kitabın təqdimatını əngəlləyir – ETİRAZ

image-images-3backend

Mədəniyyət Nazirliyinin anlaşılmaz qərarı 44 günlük Vətən müharibəsindən bəhs edən kitab müəllifini çətin vəziyyətə salıb.

Busaat.az xəbər verir ki, 14 gündür “2914-Biz sülh istəyirdik” kitabının müəllifi Vasif Qurbanzadənin imza saatı ilə bağlı aparılan təbliğatı bir anda suya düşüb.

Belə ki, 5 oktyabrdan etibarən Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçiriləcək. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi çərçivəsində müxtəlif kitabların təqdimatı da nəzərdə tutulur. Belə kitablardan biri də Vasif Qurbanzadənin 44 günlük Vətən Müharibəsindən bəhs edən “2914-Biz sülh istəyirdik” kitabıdır.

20- sentyabr 2022-ci il tarixdə kitabı təqdim edən “İpəkyolu” nəşriyyatına gələn bildirişdə adıgedən nəşrin təqdimatının 8 oktyabr (şənbə günü) saat 14:00-14:45-də (“Natəvan” təqdimat zonasında) təyin olunduğu bildirilir. Buna əsasən də nəşriyyat və şəxsən müəllifin özü elanlar verib, oxucuları təqdimata dəvət edib.

Məhz bu gün, yəni elan verildiyindən 14 gün sonra nazirlikdən bildiriblər ki, Vasif Qurbanzadənin “2914-Biz sülh istəyirdik” kitabının təqdimatı 7 Oktyabr (cümə) saat 18:00-18:45 aralığında “Bülbül” zalına təyin olunub.

Maraqlıdır, istirahət günü (8 oktyabr), bütün oxucular və ziyarətçilər üçün uyğun bir vaxtı Mədəniyyət Nazirliyi hansı səbəbdən iş günü (7 oktyabr) və şəhərin ən sıx saatlarına dəyişir?

Məsələ ilə bağlı Vasif Qurbanzadə ilə əlaqə saxladıq. Müəllif bildirdi ki, bütün planlarını əvvəlki tarixə görə qurublar:

“14 gündür elan verib, hazırlıq görmüşük, indi nazirliyin belə bir qərar verdiyi bəlli oldu. Əvvəlcədən açıqlansa, daha yaxşı olardı. Nazirliyin niyə belə anlaşılmaz qərar verdiyini də bilmirik. Bütün planlarımız alt-üst oldu. Ümid edirik ki, məsələyə məntiqli bir açıqlama verərlər”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90