Meksikada silahlı şəxslər tərəfindən qaçırılan 7 gəncdən 6-nın meyiti tapıldı

image-meksika-polisibackend

Meksikada silahlı şəxslər tərəfindən qaçırılan 7 gəncdən 6-nın meyiti tapılıb.

Busaat.az xəbər verir ki, bu barədə Dövlət Baş Prokurorluğu açıqlama yayıb.

Məlumatda qaçırılan gənclərdən 6-nın cəsədinin Zakatekas şəhərində tapıldığı, digərinin isə ağır xəsarətlərlə xəstəxanaya aparıldığı bildirilib.

Dövlət hökumətinin baş katibi Rodriqo Reyes Mugüerza açıqlamasında gənclərin yaxınlarının ifadəsi əsasında istintaqın davam etdiyini deyib.

Gənclərin qaçırılmasında əli olduğu ehtimal olunan 2 nəfərin saxlanıldığı və əməliyyatların davam etdirildiyi barədə məlumat paylaşılıb.

Xatırladaq ki, ötən gün Zakatekas şəhərinin El Potrerito fermasında 7 gənc silahlı şəxslər tərəfindən zorla saxlanılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90