Məleykə Abbaszadə Ombudsmanın məktubuna  cavab verdibackend

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinə göndərdiyi məktuba cavab verilib.

Busaat.az  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi onlayn mətbuat konfransında deyib. Onun sözlərinə görə, Ombudsmana cavab məktubu hazırlanıb və bu gün səhər göndərilib:

“Müsabiqə şərtləri DİM tərəfindən müəyyənləşdirilmir, Təhsil Nazirliyi ilə birgə müzakirə edilir. Hüquqi cəhətdən DİM-in fəaliyyəti barədə normativ sənədlər Nazirlər Kabineti tərəfindən qəbul edilir və bunu dəyişmək mümkün deyil. İkinci məsələ isə odur ki, pandemiya ilə əlaqədar yaranan problemləri bütün dünya yaşayıb. Hələ mart ayında təklifimizi hökumətə çatdırmışıq, bunun nəticəsində bir sıra imtahanlarda müəyyən dəyişikliklər olub. Bunlar birinci mərhələnin imtahanında 50 faiz açıq sualların ənənəvi qapalı suallarla əvəzlənməsidir. Bu, elmi-nöqteyi nəzərdən olan təklif idi”.