Məmurların puç etdiyi 1 milyard 649 milyondan çox vəsait və SUSUZ qalan xalq – ŞƏRH

Məmurların puç etdiyi 1 milyard 649 milyondan çox vəsait və SUSUZ qalan xalq – ŞƏRHbackend

“Onlar məmur inhisarçılığına görə həqiqəti deməyə qorxurlar”.

Busaat.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Azərbaycanda Kür və Araz çaylarında yaranmış su problemi və onun fəsadlarını şərh edərkən qeyd edib..

“Ölkədədə su qıtlığı yaranıb. Bu yalnız ekoloji problem deyil, onun nəticəsində əhalinin xərcləri artır, ailə fermer təsərrüfatlarında əkin yerləri susuzluqdan yanır. Verilən məlumatlara görə, Neftçalada əhali bir maşın içməli su üçün 70 manat ödəyir.

Ölkədə su probleminin yaranmasının müxtəlif səbəbləri vardır. Heç şübhəsiz ki, bunun ekosistemlə də əlaqələri vardır. Mən isə iqtisadi səbəblərdən bəhs edəcəm.
İlkin qənaətim ondan ibarətdir ki, ölkədə su korrupsiyası və su resurslarından istifadə üzərində məmur inhisarçılığı problemin yaranmasında əhəmiyyətli rol oynayır. Su, melorasiya və irriqasiya təsərrüfatı sərmayə tutumlu sahədir, bu sahənin korrupsiya potensialı ənənəvi olaraq yüksəkdir. Bu sektora neft gəlirlərindən 10 milyardlarla manat vəsait ayrılıb, fakiki xərcləmələr milyardlarla ifadə oluna bilər. Su korrupsyası sahəsində təsəvvürünüzü formalaşdırmaq üçün diqqətinizi ötən ilin büdcəsinə cəlb etmək istərdim.

2019-cu ilin büdcəsinin icra hesabatından aydın olur ki, ötən meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisinə, yenidən qurulmasına və əsaslı təmirinə 318,7 milyon manat vəsait xərclənib. Bununla yanaşı, Mingəçevir, Şəki və Şirvan şəhərlərində, Şəmkir, Salyan, Horadiz və Qax rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi, tikintisi və başa çatdırılması, bu sahədə bir sıra layihələrdə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və digər işlərin görülməsi üçün 395,1 milyon manat vəsait də “Azərsu” ASC-yə ayrılıb. Beləliklə də yalnız su təchizatı üçün ötən il büdcədən 713,8 milyon manat ayrılıb. Bundan əlavə ötən il xaricdən cəlb edilmiş kreditlər hesabına sərf edilmiş 985,3 milyon manat vəsaitin 935,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin, o sıradan da şəhər və rayonların su təchizatı və kanalizasiya sisteminin, həmçinin torpaq sahələrinin meliorativ vəziyyətinin və suvarma sistemlərinin qurulmasına xərclənib. Göründüyü kimi ötən il büdcə və xarici kreditlər hesabına bu sahəyə 1 milyard 649 milyon 300 min manat vəsait xərclənib”.

Ekspert bildirib ki, buna baxmayaraq, 2019-cu ildə heç bir məmura bağlı olmayan müstəqil fermerlərin üzləşdikləri ən böyük problem suvarma suyu ilə təchizatdır.

““Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki idarələri və Sudan İstifadəedənlər Birliyi fermerlərlə su təhcizatı müqaviləsi bağlamaqdan imtina edib. Ancaq məmurlara məxsus böyük təsərrüfatlarla əvvəlcədən müqavilə bağlanılaraq, ilk növbədə onların sahələrinin suvarma suyu ilə təmin olunması həyata keçirilir. Haqsız rəqabətdə uduzan fermerlər əlavə xərclər çəkərək (nasos, yanacaq, elektrik və sair) öz tarlalarını suvarmağa çalışırlar. Bu hal əsasən su hövzələrindən hündürdə yerləşən əkin sahələri üçün xarakterikdir. Ancaq əlavə xərc çəkməklə tarlanı suvarmaq da hər fermer üçün əlçatan deyil, çünki su hövzələrinin yerləşməsi bu məsələdə əsas rol oynayır.

Çaylarda suyun səviyyəsinin kəskin şəkildə düşməsi 2020-ci ilin ilk aylarından qeydə alınıb. Bu da ilk növbədə həmin çaylardan (Araz, Kür) iri məmur təsərrüfatlarına çəkilən qol kanllarla bağlıdır. 2020-ci il arat dövründə suvarma suyunun çatışmazlığı ilə bağlı çoxlu faktlar var. Məhsulun becərilməsi dövründə su çatışmazlığının ciddi şəkildə özünü büruzə verəcəyi gözlənilirdi, amma digər sahələrdə oluduğu kimi burda da hökümət vaxtında tədbirlər görmədi, ona görə də hazırda su təchizatı problemi pik həddə çatıb və bu içməli suya da təsir etməkdədir. Çünki, Kürün deltasına 20-25 km yaxın məsafəyədək çayda su şoranlaşıb, heç nəyə yaramır.

Suvarma suyunun qıtlığının yaranması kənd təsərrüfatınqa aqro parkların yaranması ilə bu sahənin tamamilə inhisara alınması ilə əlaqədardır. Son mövsümdə bölgələrdə məmurların himayə etdiyi böyük təsərrüfatların yaradılması prosesi müşahidə olundu. Bu təsərrüfatların yaradılması kiçik pay torpaqlarının, indiyədək qışlaqların, yataqların və maldarlıq fermalarının yerləşdiyi örüş və otlaq təyinatlı böyük sahələrin ələ keçirilməsi, bələdiyyə və dövlət torpaqlarının uzun müddətə icarəyə götürülməsi hesabına mümkün olub. Belə təsərrüfatların suvarma suyu ilə təchiz edilməsi məqsədilə həmin ərazilərə dövlət büdcəsi vəsaiti hesabına Araz və Kür çaylarından kiçik kanalların çəkilməsi də həyata keçirilib.

2018-ci ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Araz çayından ayrılmış qolun – yeni beton kanalın açılışı həyata keçirilib. Kanalın çəkilməsinə büdcədən 80 milyon manat vəsait ayrılıb. Beton kanal 53 min hektar əkin sahəsinin suvarma suyu ilə bağlı tələbatını ödəyir. Əkin sahələrinin 26 min hektarı Saatlı rayonunun,16 min hektara yaxını İmişli rayonunun, 10 min hektara yaxını da Biləsuvar rayonunun torpaqlarıdır. Qeyd edək ki, dövlət hesabına suvarma suyu təchiz edilmiş sahələr 2019-cu ilədək qışlaq və fermaların yerləşdiyi otlaq və örüş torpaqları olub, hazırda isə bir neçə məmura məxsus olan təsərrüfatları suvarma suyu ilə təchiz etmək üçündür.

Ekspert bunun məmur biznesinin ölkəyə vurduğu növbəti zərbə olduğunu qeyd edib.

“Mənbəyi Kür və Araz çaylarından olan məmurlara məxsus aqro parkların suya olan təchizatını təmin edən həmin kanallara görə bu gün su qıtlığı yaranıb. Bu da məmur biznesinin ölkəyə vurduğu növbəti zərbədir. Bu dəfə dəyən zərər yalnız heç bir məmura bağlı olmayan müstəqil fermerlərin və ailə təsərrüfatlarının suvarma suyunun qıtlığından yaranan itkiləri ilə ölçülur, həm də ekoloji fəlakətlə ifadə olunur.

Belə ki, məmur biznesini qidalandıran suvarma kanallarının çəkilməsi qrunt sularının yerdəyişməsi, torpağın müxtəlif qatlarının struktur dəyişikliyi və şöranlaşması, ekosistemin pozulması, bölgənin fauna və florasına risklərin yaranması kimi ciddi fəsadlara malikdir. Məsul orqanlar isə ağızlarına su alıb susurlar. Çünki, onlar məmur inhisarçılığından çəkinib gerçəkliyi deməyə qorxurlar”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90