“Məmurların sahibkarlıqla məşğul olmasına imkan verilməməlidir” – Rövşən Ağayev

“Məmurların sahibkarlıqla məşğul olmasına imkan verilməməlidir” – Rövşən Ağayevbackend

“Yüksək texnoloji və elmtutumlu, təbii resurslara əsaslanmayan iqtisadiyyat əsas hədəf olmalıdır”.

Busaat.az xəbər verir ki, bunu Vətən Müharibəsindəki qələbədən sonra Azərbaycanın atmalı olduğu addımları dəyərləndirən iqtisadçı Rövşən Ağayev bildirib.

Rövşən Ağayevə görə, ölkədə yeni sosial müdafiə strategiyasının hazırlanması çox vacibdir:

“Laçının qayıtması ilə Qarabağ müharibəsinin hərbi mərhələsi bitdi. Siyasi masanın həll etməli olduğu məsələ isə çoxdur. Cümhuriyyət dəyərlərinin təməlini gücləndirən ciddi köklü islahatlar masaya yatırılmalıdır. Söhbət hakimiyyət bölgüsünü, hakimiyyət qollarının müstəqilliyini, yerli özünüidarənin gücləndirilməsini təmin edən konstitusiya islahatlarından gedir. Eyni zamanda ölkədə media və vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün mühit yaradılmalıdır.

Ölkədə sərvətin ədalətsiz bölgüsünə şərait yaradan bütün köhnə mexanizmlər, o cümlədən dövlət vəsaitlərindən kiçik iqtisadi qrupların yararlanmasına səbəb olan satınalma mexanizmləri tam sıradan çıxarılmalıdır, məmurların sahibkarlıqla məşğul olmasına imkan verən hər cür imkanların qarşısı alınmalıdır. Bütün maraqlı tərəflərin iştirakı ilə ölkənin yaxın 20-25 illik iqtisadi hədəflərini əks etdirən milli iqtisadi strategiya və bu strategiyanın reallaşdırılmasına imkan verən sahə proqramları, altproqramlar hazırlanmalıdır. Yüksək texnoloji və elmtutumlu, təbii resurslara əsaslanmayan iqtisadiyyat əsas hədəf olmalıdır. Yüksək elmi-texnoloji məhsulların ÜDM-də və ixracda payını əks etdirən hədəf göstəricilər strategiyada əks olunmalıdır.

Həmçinin bütün səviyyələrdə təhsil müəssisələrinə inzibati və maliyyə müxtariyyətinin verilməsi, universitetlərdə akademik azadlıqların təmin edilməsi təhsil sisteminin həll etməli olduğu ən mühüm vəzifələrdir. Ölkədə yeni sosial müdafiə strategiyasının hazırlanması çox vacibdir. Xüsusilə də Qarabağ müharibəsində şəhid olan və sağlamlığını itirən hərbçilərimizin ailə üzvlərinin və özlərinin sosial müdafiəsi üçün yeni strategiya və proqramın hazırlanması zəruridir. Bununla yanaşı, tam peşəkar orduya keçid prosesi başa çatdırılmalıdır”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90