“Mən bu axmağı dinləsəydim, indi 5-ci Dünya müharibəsində olardıq”- Tramp

“Mən bu axmağı dinləsəydim, indi 5-ci Dünya müharibəsində olardıq”- Trampbackend

“Mən bu axmağı dinləsəydim, indi 5-ci Dünya müharibəsində olardıq”.

Busaat.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

Ohayo ştatının Dayton şəhərində seçki kampaniyası çərçivəsində seçicilərinə xitab edən Tramp sabiq Milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ünvanına sərt ifadələr işlədib.

Demokratların prezidentliyə namizədi Co Bayden haqqında da danışan ABŞ lideri onun seçkilərdə qalib gələcəyi təqdirdə, tarixin ən pis namizədinə qarşı seçkiləri uduzmuş olacağını qeyd edib.

D.Tramp bu ilin sonu, gələn ilin əvvəllərində koronavirusa qarşı peyvənd əldə edəcəklərini, pandemiyanı gələn il bitirəcəklərini vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90