“Mercedes” yük maşını ilə toqquşdu: 1 ölü, 2 yaralı

image-682cbcc40820d682cbcc40820e1747762372682cbcc40820b682cbcc40820cbackend

Bakı-Quba avtomagistralında Qubaya gedən istiqamətdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az APA.az-a istinadən xəbər verir ki, bu gün Quba yolunda “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

İlkin məlumatlara görə, qəza nəticəsində sərnişin 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu dünyasını dəyişib. Hadisə zamanı iki nəfərin də xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki