Mərkəzi Bankın “Şərurlu İsfəndiyar”a qarşı məhkəmə iddiası ilə bağlı QƏRAR

image-isfend4backend

Bakı Kommersiya Məhkəməsində Azərbaycan Mərkəzi Bankının “Çinar-Araz Firması” MMC və “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova qarşı növbəti məhkəmə iclası keçirilib.

KONKRET.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, icraat dayandırılıb, məhkəmə tərəfindən ekspertiza təyin edilib.

Qeyd: Azərbaycan Mərkəzi Bankı “Çinar-Araz Firması” MMC və İsfəndiyar Axundovu məhkəməyə verərək ipoteka müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Xatırlatma İsfəndiyar Axundov 2001-ci ildə yaradılmış “Şərur” MTK-nın təsisçisidir. “Çinar-Araz Firması” MMC isə 03.01.1996 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Abdullayev Mübariz Mahmud oğludur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90