Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 405 $▲2.02%
  • Ethereum1 829 $▲3.44%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
İqtisadiyyat

Məşğulluq Agentliyi 10,5 min əmək kitabçası alır – Ləğv etməyə hazırlaşırdı

image-mesg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Busaat.az xəbər verir ki, tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Tuna” QSC (VÖEN – 1700294531) olub.

Qalib şirkət Məşğulluq Agentliyi 10 min 853 manat 97 qəpik qarşılığında 10 min 525 ədəd əmək kitabçası hazırlayacaq. Bir ədəd əmək kitabçası üçün 1 manat 3 qəpik ödəniləcək.

Qeyd edək ki, tenderin qalibi olan “Tuna” QSC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 min manat olan QSC-nin qanuni təmsilçisi Rizvanov Rövşən İsa oğludur.

Məlumat üçün bildirək ki, uzun illərdir Dövlət Məşğulluq Agentliyinin rəsmiləri tərəfindən Azərbaycanda əmək kitabçalarının ləğv olunması barədə açıqlamlar verilir.

2021-ci ildə Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib ki, onlar 2020-ci ildə “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platforması yaradıblar: “Bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək”.Yeniavaz.com

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=133206