Məşhur ekstrasenslər koronavirus haqqında nələri dedilər… – “Bu, sadəcə, komediyadır”

Məşhur ekstrasenslər koronavirus haqqında nələri dedilər… – “Bu, sadəcə, komediyadır”backend

“Mən bu virus barədə öncədən deyərkən hətta onun xarakterini də qeyd etmişdim. Demişdim ki, bu virus laboratoriyada süni şəkildə hazırlanacaq. Belə də oldu”.

Bu sözləri məşhur ekstrasens Zirəddin Rzayev deyib. Ekstrasens 2017-ci ilin fevralında verdiyi müsahibəsində dünyada dəhşətli virusun yayılacağını, insanların maskada gəzəcəyini öncədən proqnoz verdiyini və bunun doğru çıxdığını deyib.

Həmçinin bildirib ki, koronavirus bioloji silahdır:

“Onu xüsusi olaraq hazırlayıblar. Sonra nə baş verəcək? Virus seçmə qaydada insanlara təsir edəcək. Böyük panika olacaq”. Ekstrasens 2020-ci ilin yayında virusun yoxa çıxacağı proqnozunu da verib.

Zirəddin Rzayev jurnala verdiyi müsahibəsində daha bir proqnozu ilə də diqqəti üzərinə çəkib. Onun sözlərinə görə, yaxın 50 ildə suda və quruda olduqca qeyri-adi və qorxunc heyvanlar peyda olacaq. Yeni növ heyvanlar geni dəyişdirilmiş canlılar olacaq.

Sonda isə Zirəddin Rzayev bir xoş proqnoz da verib. Belə ki, dünyanın elektrik naqillərinə ehtiyacı olmayacaq, çünki insanlar ona əvəz tapacaqlar.

Qeyd edək ki, təkcə Zirəddin Rzayev deyil, dünyada bəzi ekstrasenslər, astroloqlar da bu il dünyada dəhşətli virus yayılacağını əvvəlcədən proqnozlaşdırdıqlarını bildirirlər. Maraqlıdır, bəs azərbaycanlı astroloqların bu barədə proqnozları var idimi?

Səbuhi Rəhimli: “Azərbaycanda koronavirusun olduğunu qəbul etmirəm”

Astroloq Səbuhi Rəhimli mövzu ilə bağlı sualımıza cavab verərkən qeyd etdi ki, Azərbaycanda koronavirusla bağlı iddiaları əsassız sayır: “Bununla bağlı proqnozum da olmayıb. Çünki ilin əvvəlində də proqnoz hazırlayanda kütləvi ölümləri də diqqətə alıram. Məsələn, 2016-cı il üçün Qarabağ zonasında kütləvi ölüm görəndə proqnoz vermişdim ki, uzun illərdən sonra atəşkəs genişmiqyaslı pozulacaq. Yanvarın ilk həftələrində çoxlu sayda insanda qızdırma, qrip halları olmuşdu. Halbuki həmin vaxt koronavirus məsələsi yox idi. Bu cür olaylar tez-tez olur. Ötən il dekabrın sonunda da virus yayılmışdı, hər kəs xəstələnmişdi. Lakin kütləvi ölüm olan virus yoxdur. Ümumiyyətlə, Azərbaycanda koronavirusla bağlı təhlükənin olduğunu qəbul etmirəm”.

Ekstrasens dedi ki, 2020-ci il üçün əvvəlcədən verdiyi proqnozlar aşağıdakılar olub:

“2020-ci ildə iqtidarla müxalifət arasında uğurla nəticələnən hansısa dialoq olmayacaq.

Deputatlardan minimum 40 faizi yeni parlamentdə təmsil olunmayacaq.

Azərbaycan hökuməti ilin ikinci yarısında qismən demokratik islahatlara gedəcək.

Ölkədə məhsul bol olacaq, lakin ucuzluq olmayacaq.

Qarabağın azadlığı istiqamətində hər hansı yenilik gözlənilmir.

Ən azından ilin birinci yarısında ölkəmizdə hər hansı bir devalvasiya gözlənilmir.

Yuxarı eşelondan istefalar davam edəcək, köhnə qvardiya bir az da sarsılacaq.

Bu il istefaların episentri icra hakimiyyətlərinə düşəcək. 20-yə qədər icra başçısı vəzifəsindən birdəfəlik uzaqlaşdırılacaq.

Azərbaycanda qismən azad medianın yaranmasına şahidlik edəcəyik.

Mülkiyyət üstündə savaş daha kəskin xarakter alacaq.

Dünya üçün proqnozlarım isə bunlardır:

Dini-etnik zəmində güclü qarşıdurmaların şahidi olacağıq.

Dövlət çevrilişləri, sui-qəsdlər, qısamüddətli regional müharibələr artacaq.

İran ərazisində hər hansı müharibə olmayacaq.

Dünya müharibəsi baş verməyəcək.

İstehsalat qəzaları, hərbi və digər böyük obyektlərin yanğınına və ya partlayışına şahidlik edəcəyik.

Liviyada ötən ilin sonlarında baş qaldıran hökumət böhranı marta qədər sakitləşəcək.

Təyyarə qəzaları, xüsusən də hərbi təyyarə qəzaları artacaq.

Putinin hakimiyyətdən istefa verəcəyi və ya devriləcəyi olmayacaq.

Çin ciddi problemlərlə üz-üzə qalacaq. Qüdrəti müəyyən qədər sarsılacaq da demək olar.

Donald Trampın istefasına səbəb ola bilən hər hansı impiçment olmayacaq.

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində yeni prezident görəcəyik.

Orta Asiya dövlətlərində milli hərəkatlar start götürəcək.

İlin birinci yarısında Hindistanda daxili çaxnaşmalar artan xətt üzrə inkişaf edəcək, itkilər olacaq.

Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə qayıdışına böyük zəmin yaradılacaq.

Ermənistan-İran münasibətləri pozulmayacaq”.

Firudin Qurbansoy: “Bu, sadəcə, komediyadır”

Astroloq Firudin Qurbansoy da mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında koronavirus təhlükəsinə inanmadığını bildirdi: “Bu, sadəcə, komediyadır. Hansısa koronavirusun olduğuna inanmıram. O ki qaldı kəsəyən (siçovul) ilinə, adətən bu ildə bolluq deyil, qıtlıq yaranır”.
“Yeni Müsavat”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90