Məşhur müğənni pandemiyada 100 ailənin kirayəsini ödədi

Məşhur müğənni pandemiyada 100 ailənin kirayəsini ödədibackend

Sərvətinin 355 milyon dollar olduğu təxmin edilən dünyaca məşhur müğənni Beyons təqdirəlayiq addım atıb.

Busaat.az xəbər verir ki, 39 yaşlı sənətçi sahibi olduğu “BeyGood” təşkilatı vasitəsi ilə pandemiya dövründə kirayə haqqını ödəməkdə çətinlik çəkən 100 nəfərə yardım əli uzadıb. Pop ulduz bunun üçün hər bir ailəyə 5 min dollar ayırıb.

Xeyriyyə təşkilatının məlumatına əsasən, bu, Beyonsun sözügedən vətəndaşlara Yeni İl hədiyyəsidir.

“Beyons və komandası xeyriyyə addımlarını davam etdirir. Ölkə daxilində insanlara qida, su, ev əşyaları və “COVID-19” testi kimi əsas ehtiyacları təmin edən təşkilatlara kömək etdik. Psixoloji dəstək mərkəzlərini də unutmadıq. 250-dən çox kiçik müəssisəyə bu günə qədər 10 min dollar qrant verildi. Davamı da olacaq”,- deyə “BeyGood”un açıqlamasında qeyd edilib

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90