Məşhur repçinin namizədliyi qeydə alınmadıbackend

ABŞ Arizona Ali Məhkəməsi dünyaca məşhur repçi Kane Uestin Prezidentliyə namizədliyini qeydə almayıb.

Busaat.az  xəbər verir ki, daha əvvəl də istəyi geri çevrilən ifaçının etirazı yenidən dəyərləndirilib. Bildirilib ki, sənətçinin namizəd göstərildiyi müraciətdə siyasi partiya mənsublarının imzası yer almayıb və bu, əyalət seçim qaydalarına ziddir.

Bununla da, Uest rəqibləri Donald Tramp və Joe Bidenlə mübarizə apara bilməyəcək.

Qeyd edək ki, dünya ulduzu 7 iyun tarixində Prezident seçkilərində iştirak edəcəyini bildirib, bu günədək seçki kampaniyası üçün 6 milyon dollar xərcləyib.