Messi karyerasını bu klublardan birində davam etdirəcək

Messi karyerasını bu klublardan birində davam etdirəcəkbackend

“Barselona”nın Lionel Messinin klubdan ayrılmaq istədiyini açıqlamasının ardından, onun karyerasını harda davam etdirəcəyi ilə bağlı müxtəlif versiyalar səslənməyə başlayıb.

Busaat.az xəbər verir ki, ulduz oyunçunun karyerasını davam etdirəcəyi klublar arasında “Mançester Siti” (İngiltərə), “İnter”, “Yuventus” (İtaliya) vəPSJ-nin (Fransa) adı çəkilir.
Sözügedən klubların maliyyə imkanları Messini transfer etməyə imkan verir. Ancaq argentinalının 2021-ci ilə qədər olan müqaviləsində sərbəstqalma məbləğinin 700 milyon avro olması keçidə maneə yarada bilər. Katalon klubunun Lionelin ayrılıq istəyi səbəbindən məbləği azaldacağı istisna edilmir.
Qeyd edək ki, “Barselona”nın Çempionlar Liqasında “Bavariyaya”ya 2:8 hesablı məğlubiyyəti və yanvardan sonra baş verən klubdaxili məsələlər Messinin klubdan ayrılmaq istəyinə əsas səbəb kimi göstərilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90