Messidən görmə qabiliyyəti zəif olan 11 uşağa yardım etdi

Messidən görmə qabiliyyəti zəif olan 11 uşağa yardım etdibackend

“Barselona”nın hücumçusu Lionel Messi görmə qabiliyyəti zəif olan “Arsenal” azarkeşinə və 11 uşağa kömək edib.

Busaat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu Barselonaya dəvət edilən həmin uşaqlarla görüşüb və onların hər birinə bir cüt yüksək texnologiyalı “OrCam” eynəyi hədiyyə edib.

Görmə qüsurlu insanlar eynəyin köməyi ilə üzləri, rəngləri, məhsulları, əsginasları tanıyacaqlar. Bu cihaz süni zəkadan istifadə  edərək mətni ucadan oxumaq və ya qarşısındakılar barədə istifadəçiyə məlumat vermək kimi bir neçə funksiyaya malikdir. Eynəyin qiyməti 4 min dollardan çoxdur.

“Bu cihaz onların hər birinin həyatını dəyişdirəcəkdir. Çoxlarına həqiqətən kömək etmək üçün OrCam səfiri olduğum üçün fəxr edirəm” – deyə Messi bildirib.

Argentinalı oyunçu hər il bu cihazdan görmə qabiliyyəti zəif olanlara bağışlamaq niyyətindədir.

Sportfan.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90