Milimizin ilk sınağı – Millətlər Liqası

Milimizin ilk sınağı – Millətlər Liqasıbackend

Bu gün Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

Busaat.az xəbər verir ki, yığmamız 2020-ci ildəki ilk görüşünə Millətlər Liqası çərçivəsində çıxacaq.

C liqasının 1-ci qrupunda mübarizə aparacaq komandamız Lüksemburqla görüşəcək. Qarşılaşma italiyalı baş məşqçi Canni de Byazinin debütü ilə əlamətdar olacaq.

Əsas hədəfi qrup qalibi kimi B liqasına yüksəlmək olan yığmamız Bakı Olimpiya Stadionunun azarkeşsiz tribunaları önündə oynayacaq. D liqasından C liqasına yalnız islahatlar sayəsində yüksələn milli bura layiq olduğunu da uğurlu nəticə ilə təsdiqləməlidir.

Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.

Millətlər Liqası
C liqası, 1-ci qrup
I tur, 5 sentyabr
20:00. Azərbaycan – Lüksemburq

Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)
Bakı Olimpiya Stadionu

Sportfan.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90