Milli Məclisdə mübahisə düşdü – VİDEO

image-1638526734_1638525584_67946226-83ea-4729-ab47-6f3ae79c1c21_850-1backend

Sabir Rüstəmxanlı Milli Məclisin iclasında ona olan etirazlara münasibət bildirib.

Busaat.az xəbər verir ki, patlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Sabir Rüstəmxanlının sözlərinə görə, ötən iclasda o, bəzi məhsulların rüsumunun iki dəfə artdığını deyəndən sonra komitə sədri Tahir Mirkişili onu təkzib edib.

S.Rüstəmxanlı deyib ki, hər bir deputat dediyi sözün məsuliyyətini daşımalıdır: “Əgər mən o sözü demişəmsə, havadan deməmişəm. Gərək Tahir bəy də fikrini əsaslandırsın”.

Bundan sonra partiya sədri qanun layihəsinə istinad edərək bildirib ki, rüsumlarla bağlı 5 rəqəmi, 10 rəqəmi, 25 rəqəmi 50 rəqəmi, 35 rəqəmi 70 rəqəmi ilə, 45 rəqəmi 90 rəqəmi ilə, 10 rəqəmi 20 rəqəmi ilə əvəz olunub:

“Bunları yazmağa mənim səbrim çatmadı. Orta məktəb hesabı ilə bunlar yüz faizdir. Burada 50-70 faiz də var. Bunlar iki dəfə artıb. Hörmətli komitə sədri hansı əsasla deyir ki, iki dəfə artım yoxdur?”

Komitə sədri Tahir Mirkişili dedi ki, Sabir bəy 2-3 dəfə artım demişdi: “2-3 dəfə arasında çox böyük artım dedi. Xahiş edirəm stenaqrama bir də baxın”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90