Milli Məclisin Mətbuat Xidmətinə yeni rəhbər TƏYİN EDİLDİbackend

Milli Məclisin (MM) Mətbuat Xidmətinin rəhbəri dəyişdirilib.

Busaat.az xəbər verir ki, bununla bağlı MM Sədri Sahibə Qafarova sərəncam imzalayıb.

Sərəncamla Elnar Məmmədov Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri təyin olunub.

Qeyd edək ki, bundan əvvəl Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri Akif Təvəkküloğlu idi./Yenicag/