Milli Məclisin növbəti plenar iclasının VAXTI və GÜNDƏLİYİbackend

Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub.

Parlamentdən Busaat.az-a verilən məlumata görə, növbəti plenar iclas mayın 31-də keçiriləcək.

İclasın gündəliyinə 11 məsələ daxildir.

Deputatlar “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsini, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsini, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsini, “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsini, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsini, Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsini, həmçinin Dövlət rüsumu haqqında”, “Yeyinti məhsulları haqqında”, Mülki Məcəlləsində, Ticarət Gəmiçiliyi Məcəlləsinə və digər qanun layihələrinə dəyişiklikləri müzakirə edəcəklər.