Milli Qəhrəman Prezidentə müraciət etdi: “Partizan dəstəsi yaradıb…”

Milli Qəhrəman Prezidentə müraciət etdi: “Partizan dəstəsi yaradıb…”backend

“Biz ermənilərin gizləndiyi məntəqələri yaxşı bilirik, və bu gün onlara layiqli cavab verə bilərik”.

Busaat.az  xəbər verir ki, bunu açıqlamasında Milli Qəhrəman Məhəmməd Həsənov bildirib. Milli Qəhrəman səfərbərlik üçün müraciət etdiyini deyərək müraciətinin cavabsız qaldığının qeyd edib:

“Bu günHərbi Komissarlığa getdim, lakin məni hərbi qeydiyyata almadılar. Mən ölkə prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyirəm. İstəyirəm ki, bizim köhnə Goranboy cəbhə batalyonu bərpa olunsun. Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdulayev və mən partizan dəstəsi ilə erməni quldurlarına layiqli cavab verə bilərik.Biz buna qadirik və erməni tərəfinin gizləndiyi məntəqələri yaxşı bilirik. Bizim Kərim Vəliyev kimi generalımız var və o da yanımızda olsa əvvəlki qaydada ordumuzu bərpa edib düşmənə zərbə vura bilərik”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90