Millimiz FİFA reytinqində 5 pillə irəlilədi

Millimiz FİFA reytinqində 5 pillə irəlilədibackend

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Busaat.az xəbər verir ki, ötən siyahı ilə müqayisədə Azərbaycan millisi 5 pillə irəliləyib.

Hazırda yığmamız 1180 xalla 109-cu sırada qərarlaşıb. İrəliləyişə səbəb millinin yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının son matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. 1755 xalla Fransa yığması 2-ci, 1743 xalı olan Braziliya isə 3-cüdür.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90