“Mina xəritələrinin kiçik qismini vermişik, hamısını bu şərtlə verərik ki…” – Paşinyan

“Mina xəritələrinin kiçik qismini vermişik, hamısını bu şərtlə verərik ki…” – Paşinyanbackend

Ermənistan tərəfinin mina xəritəsini Azərbaycana verməsi Yerevanda müxalifətin tənqidinə səbəb olub. Baş nazir əvəzi isə ittihamları spekulyasiya adlandırıb.

Busaat.az  xəbər verir ki, Paşinyan Ermənistan tərəfinin mina xəritələrinin hamısını Azərbaycana verməyə hazır olduğunu bəyan edib.

Bunu Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan iyunun 13-də seçki kampaniyası zamanı çıxışında deyib. O, seçiciləri əmin edib ki, xəritələrin yalnız kiçik bir hissəsi Azərbaycana verilib. Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası ötən gün Kotayk regionunda olub.

“Biz dekabrda konstruktiv mühit yaratmaq üçün həmin xəritələrdən kiçik rəqəmləri verdik. Onların əsirlərin qaytarılması dayandırdığını anlayanda biz də dayandıq. Biz minalanmış ərazilərin xəritələrini onlara verməyə hazırıq. Ancaq orada əsirlərimiz olduğu halda, bunu birtərəfli etsək, cəmiyyətimiz bunu anlamaz”, – Paşinyan vurğulayıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90