” MİQ imtahanlarını DİM-ə həvalə etmək yeganə çıxış yoludur” – Ekspert

” MİQ imtahanlarını DİM-ə həvalə etmək yeganə çıxış yoludur” – Ekspertbackend
“İmtahanların Bakı şəhərində, vahid mərkəzdə keçirilməsi vacibdir”.
Busaat.az xəbər verir ki, bunu pandemiya dövründə təhsil sistemində mövcud olan problemləri dəyərləndirən təhsil eksperti Kamran Əsədov bildirib.
Kamran Əsədova görə, ictimaiyyətin maraqla gözlədiyi imtahanlardan biri də Müəllimlərin İşə Qəbulu imtahanıdır. Lakin mövcud vəziyyətdə MİQ imtahanlarının keçirilməsində hansısa hazırlıq kursu və ya tədris mərkəzinin resurslarından istifadə edilməsi yanlış addım ola bilər:
“Pandemiya dövründə ən ciddi problem tədrisin keyfiyyətli təşkil edilməsi idisə, indi isə bu öz yerini əlçatan və bərabərlik prinsipinin qorunacağı imtahanların keçirilməsidir. DİM artıq 1 aydır ki, 9 və 11 ci siniflər üçün buraxılış imtahanı və qəbul imtahanlarının birinci mərhələsini keçirir, indiyə qədər 150 minə qədər şagird imtahanlarda iştirak edib. (MİQ). Bu imtahanı Təhsil Nazirliyi həyata keçirir ki, gəzən şayiələrə görə bu imtahanların Bakı ilə yanaşı bölgələrdə də keçirilməsi ilə bağlıdır. Hesab edirəm ki, bu absurd və heç bir halda həyata keçirilməməli olan təklifdir. Birincisi ona görə ki, Təhsil Nazirliyinin bölgələrdə belə böyük imtahan keçirəcək təcrübəsi və kadr potensialı yoxdur. DİM bu imtahanları keçirmək üçün illərdir zal nəzarətçisi, imtahan rəhbəri və digər təşkilati iş görən insanların hazırlanması üçün təlimlər keçirir”.
“Ötən il Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq imtahanlardan sonra test tapşırıqlarının iştirakçılara təqdim edilməməsini test bankında sualların az olması ilə əlaqələndirdilər. Nəzərə alsaq ki, həm suallar az idi, həm də suallarda kifayət qədər ciddi səhvlər var idi və sessiyalar arasında test tapşırıqlarının ağırlıq səviyyəsi fərqli idi. Deməli, daha böyük coğrafiyada bu imtahanların keçirilməsi həm sualların yayılmasına şərait yarada bilər, həm də təhlükəsizliyinə ciddi şübhə yarada bilər. İndiyə qədər orta məktəblərdə Təhsil Nazirliyi tərəfindən keçirilən monitorinq imtahanların təşkilatçılığında boşluqlar mövcud olub. Təhsil Nazirliyinin 4447 orta məktəb binası, 151 min müəllimi var, amma bu böyüklükdə resursları imtahan keçirmək üçün cəlb etmək olmaz”.
Ekspertə görə, Bakı şəhərində keçirilən imtahanları “BİR KÖNÜLLÜ” layihəsinin könüllülərin iştirakı ilə təşkilatı tərəfindən həll edilməsi mümkün idi:
“Lakin bu könüllülər regionlarda imtahan keçirmək təcrübəsinə malik deyillər. Məlumata görə, MİQ imtahanlarının keçirilməsində hansısa hazırlıq kursu və ya tədris mərkəzinin resurslarından istifadə edilməsi müzakirə olunur. Əgər belə bir fikir, ideya ətrafında müzakirələr aparılırsa, ümumiyyətlə imtahanı keçirməmək yeganə yoldur. Yəni, öz resursların yoxdusa, insanların taleyini şübhə altına almaq olmaz. Belə olan halda MİQ imtahanlarını da DİM -ə həvalə etmək yeganə çıxış yoludur. Bütün hallarda isə imtahanların Bakı şəhərində, vahid mərkəzdə keçirilməsi vacibdir. Kənardan gələnlər isə imtahana buraxılış vərəqəsi ilə postlardan keçib gələ bilərlər”.
Gülay
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90