MM növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət etdi – YENİLƏNİB

image-mmbackend

Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə” Milli Məclisin qərar layihəsi hazırlanıb.

Busaat.az xəbər verir ki, qərar layihəsinin mətnini deputat Tahir Rzayev oxuyub.

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

***

12:06

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün yaradılan komissiya işini yekunlaşdırıb.

Busaat.az-ın məlumatına görə, müraciət mətnini deputat Tahir Rzayev oxuyub.

Sonda Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə müraciət edilməsi barədə məsələ səsverməyə qoyularaq qəbul edilib.

***

11:43

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Prezidentinə göndəriləcək müraciət mətninin hazırlanması üçün komissiya yaradılıb.

Busaat.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası üzrə iyunun 21-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sədr müavini Adil Əliyev komissiyasının sədri təyin edilib.

Deputatlar Siyavuş Novruzov, Tahir Rzayev, Eldar Quliyev, Fəzail Ağamalı, Elşən Musayev və Nigar Arpadarai komissiyasının üzvləri olub.

Komissiya artıq müraciət mətninin hazırlanması üçün işə başlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki