Moskvadan sensasiyalı proqnoz: “Altı aya həllini tapacaq”backend

Koronavirus infeksiyasının yayılması ilə bağlı vəziyyət altı ay ərzində tamamilə həll edilə bilər.

Busaat.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin deyib.

“Əminəm ki, bir neçə ayda, bəlkə də 6 ayda nəhayət koronavirusu məğlub edəcəyik. Rus və dünya alimləri bunun üzərində işləyirlər. Effektiv peyvənd, təsirli dərmanlar, tibbi texnologiyalar yaradılır. İlk rus peyvəndi artıq hazırlanıb və qeydiyyata alınıb. Düşünürəm ki, analoqu yaxın gələcəkdə ortaya çıxacaq”, – Sobyanin qeyd edib.

Teleqraf.com