“Mübariz Mənsimov Əfqanıstanda döyüşməyib, aşbaz olub…” – Eynulla Fətullayev

image-eynulla-12backend

Bir neçə gün öncə biznesmen Mübariz Mənsimov Sovet ordusu sıralarında Əfqanıstanda döyüşdüyünü bildirmişdi.

Busaat.az xəbər verir ki, bu fikirləri haqqin.az saytının rəhbəri Eynulla Fətullayev bildirib.

“Müfadiə Nazirliyindən sorğuma cavab olaraq bildiriblər:

“22.03.1968-ci il təvəllüdlü, Mənsimov Mübariz Qurbanəli oğlu. 12.07.1987-14.04.1989-cu illərdə keçmiş sovet ordusunun 145 nömrəli hərbi hissəsinin hərbi qida məktəbində xidmət edib. Hərbi uçot ixtisası-Qoşun Qidasının aşbazı. Keçmiş SSRİ SQ-nin 145 nömrəli Hərbi Aşpazlar Məktəbi  Almaniyada Sovet Qoşunları Qrupunun 20-ci Qvardiya Ümumqoşun Ordusu tərkibində Finovfurt şəhərində dislokasiya olunmuşdur. Sonradan hərbi hissə RF-nin Çita vilayətinin ərazisinə köçürülmüşdür.

Hərbi xidmətdən tağım komandirinin müavini kimi çavuş rütbəsində tərxis olunub. Hazırda SHXÇDX-nın Nizami Rİ-də hərbi qeydiyyatdadır. 31 nömrəli peşə məktəbini montajçı ixtisası üzrə bitirib.”

Şərhə ehtiyac varmı? Yalan danışdığına görə, aşbaz müəllim çıxıb xalqdan üzr istəsin!”, deyə Eynulla Fətullayev qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90