Müdafiə Nazirliyinin bölgələrdəki ərzaq anbarları yenidən quruldu – Video

image-anbarbackend

Mərkəzi ərzaq anbarının bölgələrdə yerləşən bir bölməsində yenidənqurma işləri görülüb. Burada ərzaq məhsullarının qəbulu, saxlanılması və qoşunlara paylanılması üçün lazımi şərait yaradılıb.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, tez xarab olan ərzaqların saxlanılması üçün 200 tonluq soyuducu kamera, quru ərzaqların saxlanılması üçün ümumi tutumu 1000 ton olan saxlanc, kartof və tərəvəzlərin saxlanılması üçün isə ümumi tutumu 200 tonluq saxlanc və toxunulmaz ehtiyat ərzağının saxlanılması üçün 140 ton tutumu olan saxlanc binası mövcuddur.

Bundan əlavə, ərazidə quru ərzaqların saxlanılması üçün soyutma sistemi ilə təchiz edilmiş 500 tonluq saxlanc binası və tez xarab olan ərzaqların saxlanılması üçün 200 tonluq saxlanc binası inşa edilib.

Hazırda bu istiqamətdə fəaliyyətlər davam etdirilir.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90