Müəllimlərin NƏZƏRİNƏ: Maaşlarınız bu qədər artır – ƏMƏK HAQQI SXEMİ

image-1642440987_adfc6a50de55cc9ae3696cc0f9b7c676backend

Nazirlər Kabineti “Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşları sxeminin və məbləğlərinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Busaat.az  APA-ya istinadən xəbər verir ki, qərara əsasən, müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış dövlət peşə təhsili müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 660 manatdan 792 manata, direktorun müavinlərinin, baş mühasiblərinin aylıq vəzifə maaşı 595 manatdan 714 manata və dərs hissə müdirlərinin aylıq vəzifə maaşı 530 manatdan 636 manata qaldırılıb.

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları da artırılıb. Bununla əlaqədar “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının sxemi” yeni redaksiyada təsdiq edilib:

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının SXEMİ

Sıra

№-si

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilədək olduqda

pedaqoji staj

3 ildən

8 ilədək olduqda

pedaqoji staj

8 ildən

13 ilədək olduqda

pedaqoji staj 13

ildən 18 ilədək olduqda

pedaqoji staj 18 ildən çox olduqda

1.

Ali təhsilli

552

594

624

666

714

2.

Orta ixtisas təhsilli

504

534

552

588

636

Bundan əvvəl dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşları aşağıdakı kimi olub:

Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşlarının SXEMİ

Sıra №-si

Təhsili

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

pedaqoji staj 3 ilədək olduqda

pedaqoji staj 3 ildən 8 ilədək olduqda

pedaqoji staj 8 ildən 13 ilədək olduqda

pedaqoji staj 13 ildən 18 ilədək olduqda

pedaqoji staj 18 ildən çox olduqda

1.

Ali təhsilli

460

495

520

555

595

2.

Orta ixtisas təhsilli

420

445

460

490

530

Bu qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90