Müğənninin evinin qiyməti DODAQ UÇUQLATDI

image-evevbackend

“Mənim evim yerləşən ərazidə evlərin hər 1 kvadrat metrinin qiyməti 3 min 500 manatdır”.

Busaat.az xəbər verir ki, bu sözləri müğənni Arzu Qarabağlı “Elcanlı” axşam şousunda deyib.

Müğənni evinin 200 kvadrat metr olduğunu bildirib.

Onun sözlərini əsas gətirən proqramın əməkdaşları isə Arzunun evinin bazar qiymətinin 700-800 min manat arasında dəyişdiyini qeyd ediblər.

İfaçı isə öz növbəsində bunun əhəmiyyətsiz olduğunu bildirib:

“Balaca bir yerdə yatırsan. Balaca bir yerdə də çay içib, çörək yeyib durursan. Elə olur ki, mətbəxdəki divanda yatıram. Gün ərzində qonaq otağına bir dəfə belə keçmirəm. Mənə fərqi yoxdur, 200 kvadrat olsun, ya 2 kvadrat”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki