Müntəzəm marşrut xətlərindən maraqlı aksiya – Fotolar

Müntəzəm marşrut xətlərindən maraqlı aksiya – Fotolarbackend

Paytaxtda marşrut avtobuslarının bəziləri maraqlı tərtibatda xəttə çıxarılıb. Avtobusların üzərinə “Qarabağ Azərbaycandır!” və “Qələbə Bizimlədir!” şüarları yazılıb. Həmçinin dövlət bayrağı və ölkəmizin xəritəsi əks olunub. Avtobusların vətənpərvərlik mövzusunda tərtibatı böyük marağa səbəb olub.

Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, aksiyanın keçirilməsində məqsəd cəmiyyətimizdə mövcud olan yüksək vətənpərvərlik ruhunu daha da artırmaqdır.

Qeyd edək ki, bu tərtibatda avtobuslar 13 və 14 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edirlər.

 




Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90