Nadir Qafarzadə Miri Yusifə od püskürdü: “Get, repini de”backend

Müğənni Nadir Qafarzadə xalq artisti Miri Yusifə cavab verib.

Busaat.az  xəbər verir ki, Nadir Qafarzadə MTV Azərbaycanda bu sözləri deyib:

“Bu insanla heç vaxt təmasda olmamışam, münasibətimiz yoxdur. Özüm şokda idim ki, bu adama mən nə dedim? Düşünürəm ki, mənə sataşan insan mənim gücümdə olan sənətkar olmalıdır. Qabağımda söz deyən, tənqid edən və ya nöqsan tutan mənim sənətimdə olmalıdır. İnsan ulduz da ola bilər. Ən azı mənim sənətim qədər olmalıdır!

Sənətində reper kimi yaxşı sənətkardır, amma musiqi anlamında yox. Ola bilər, reper kimi qəbul olunmuş sənətkardır, müğənni kimi yox! Heç dostluğumuz, düşmənçiliyimiz də yoxdur. Yəqin yuxuda məni görüb. Onun 40 yaşı var, mənim isə 30 il sənət təcrübəm var. Mən sənətdə, səhnələrdə külüng döyəndə onlar harda idi? Sənətkara dil uzatmaq olmaz. Və mənə söz deməyə sənin haqqın yoxdur, nə yaxşı, nə də pis. Get, repini de!

Xətrini də istəyirəm. Yaxşı oğlan, reper ola bilərsən, amma mənə toxunma! Mən öz taxt-tacımda oturmuşam, burdan hər şeyi müşahidə edirəm. Oturuşmuş sənətkarlar var, mən onlardanam. Mən qəbul olunmuşam!”

Qeyd edək ki, bir müddət əvvəl Miri Yusif sosial şəbəkədə Nadir Qafarzadə ilə bağlı “Nadir Qafarzadə bir neçə il əvvəl “Kitab oxuyursan” sualına cavab olaraq demişdi: Gedək professora deyək ki, “xolodilniki”ni açsın, mən də açım. Görək kimdə doludur” sözlərini İnstaqramda story bölümündə yerləşdirərək “Həyatın bumeranqdır. Bəzən kiməsə cavab verməyə tələsmək lazım deyil. Çünki dünya fırlanır və qayıdıb dəyir üzünə” demişdi.

Teleqraf.com