Nailə İslamzadə yeni obrazda-  FOTOLARbackend

Tanınmış aparıcı, Əməkdar artist Nailə İslamzadə yeni obrazı ilə obyektiv qarşısına keçib.

Busaat.az xəbər verir ki, stilist Elnur Həsənovun sehrli əlləri bu dəfə aparıcı Nailə İslamzadəni dəyişdirib. İllər ötsə də, gözəlliyini qoruyub saxlamağı bacaran 58 yaşlı aparıcı peşəkar vizajistin makiyajı sayəsində daha cazibədar olub.

Fotolarını instaqramda paylaşan Əməkdar artist açıqlama verib:

“Ən yaxşı foto təsadüfən tutulan andır. Müxtəlif saytlardan xahiş edirəm, səhifəmdəki şəkilləri “Nailə xanım belə dəyişdi” deyə, paylaşmasınlar. Nailə xanım dəyişməyib, bu sadəcə baxışın, işığın və stilin işidir. Əsas olan insanın xaricdən deyil, daxildən özünə baxa bilməsidir”.

N.İslamzadənin fotolarını tanınmış fotoqraf Niko Abbasov çəkib.