NASA oktyabrın 26-da Ay peyki ilə bağlı kəşfi açıqlayacaqbackend

ABŞ Milli Kosmos və Aeronavtika Mərkəzi (NASA) 26 oktyabrda Ay peyki ilə bağlı yeni kəşfi açıqlayacaq.

Busaat.az xəbər verir ki, bu barədə mərkəz rəsmi açıqlama yayımlayıb.

Bildirilib ki, yeni “həyəcanverici” kəşf 2,7 metr böyüklüyündə güzgülü teleskopu olan “Boeing 747SP” tipli təyyarədə yerləşən İnfraqırmızı Astronomiya Stratosfer Rəsədxanasına aiddir.

Qeyd edək ki, NASA “Artemis” adlı proqram çərçivəsində 2024-cü idlə Ay səthinə bir kişi və bir qadın astronavt göndərməyi planlaşdırır.