“NATO üzvü olan ölkə üçün bu cür qərarların verilməsi yanlışdır” – Hayko Maas

“NATO üzvü olan ölkə üçün bu cür qərarların verilməsi yanlışdır” – Hayko Maasbackend

Almaniya xarici işlər naziri Hayko Maas Yunanıstanın Türkiyəyə qarşı sanksiya tələbini müsbət qiymətləndirməyib.

Busaat.az xəbər verir ki, Maas DPA alman xəbər agentliyinə açıqlamasında NATO üzvü olan ölkə üçün bu cür qərarların verilməsinin yanlış olduğunu qeyd edib:

“Türkiyəyə qarşı silah sanksiyası tələbini strateji cəhətdən doğru hesab etmirəm. Bu, NATO ortağı üçün asan deyil. NATO üzvü Türkiyə ABŞ-dan raket ala bilmədi, əksinə Rusiyadan asanlıqla əldə etdi”.

Alman nazir Şərqi Aralıq dənizindəki qarşıdurmanın diplomatik yollarla həll ediləcəyinə dair ümidini hələ də itirmədiyini bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90