NATO-ya yeni Baş katib elan ediləcək – NAMİZƏDLƏR/TARİX

image-natobackend

NATO-nun yeni Baş katibinin 2023-cü ilin iyulunda elan ediləcəyini açıqlayıb.

Busaat.az xəbər verir ki, bununla bağlı Litvanın Baş naziri İnqrida Simonyte çıxış edib.

İnqrida Simonyte bildirib ki, NATO-nun yeni Baş katibi 2023-cü ilin iyulunda Vilnüsdə keçirilməsi planlaşdırılan NATO Liderlər Zirvəsi zamanı elan ediləcək.

“Əslində başqa yol yoxdur. Prosedura uyğun olacaq, təqvim bunu göstərir” – deyə, Simonyte bildirib.

Hazırkı Baş katib Yens Stoltenberqin səlahiyyət müddətinin başa çatacağını xatırladan Simonyte qeyd edib: “Növbəti lider seçilməli olacaq. Bunun konkret namizədlərlə bağlı söz-söhbətlərlə heç bir əlaqəsi yoxdur. Yekun qərarları proqnozlaşdırmaq bəzən heç kimin edə bilməyəcəyi bir şeydir”.

Financial Times-ın xəbərinə görə, NATO səfirləri 2023-cü ilin fevralında Stoltenberqi əvəz edəcək NATO-nun növbəti Baş katibi vəzifəsinə namizədləri müzakirə etməyə başlaya bilər.

Xəbərdə Baş katibliyə yeni namizəd kimi Kanada Baş nazirinin müavini Kristia Friland, Estoniya Baş naziri Kaja Kallas, Polşanın keçmiş Baş naziri Donald Tusk, İspaniya Baş naziri Pedro Sançes və İtaliya Baş naziri Mario Draqinin müzakirə edildiyi iddia edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90